Psst...

Do you want to get language learning tips and resources every week or two? Join our mailing list to receive new ways to improve your language learning in your inbox!

Join the list

Azeri Audio Request

lerner
118 Words / 0 Recordings / 0 Comments
Note to recorder:

Little slower than natural speed please.

Azərbaycan xalqının dahi şair və mütəfəkkiri Nizami Gəncəvi 1141-ci ildə qəlim Gəncə şəhərində anadan olmuş, orada yaşamış, 1209-cu ildə həmin şəhərdə vəfat etmişdir.
Böyük şairin məqbərəsi Gəncə şəhərindədir.
Nizami dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biridir. Onun poeziyası səkkiz yüz ildir ki, oxunur və sevilir.
Nizami beş böyük poema yaratmışdır. Həmin poemalar bunlardır: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”. Bunlar birlikdə “Xəmsə” adlanır.
Nizamidən sonra gələn sənətkarların çoxu özlərini Nizaminin şagirdi hesab etmişlər. Nizaminin əsərləri Azərbaycan, rus, Ukrayna, özbək, türkmən, gürcü, habelə ingilis, alman və s. dillərdə dəfələrlə çap olunmuşdur. Dünyanın ən böyük kitabxanalarında “Xəmsə”nin əlyazmaları saxlanır.
Bakıda, Gəncədə Nizamiyə böyük abidə qoyulmuşdur. Ölkəmizdəki bir çox küçələrə, meydanlara, institutlara, muzeylərə, məktəblərə Nizaminin adı verilmişdir.

Recordings

No Recordings yet

Comments

Overview

You can use our built-in RhinoRecorder to record from within your browser, or you may also use the form to upload an audio file for this Audio Request.

Don't have audio recording software? We recommend Audacity. It's free and easy to use.

Sponsored Links