Psst...

Do you want to get language learning tips and resources every week or two? Join our mailing list to receive new ways to improve your language learning in your inbox!

Join the list

Azeri Audio Request

lerner
145 Words / 0 Recordings / 0 Comments
Note to recorder:

Little slower than natural speed please.

Altay babası ilə qonşu kəndə gedirdi. Onların yolu meşədən keçirdi. Ağacların sərin kölgəsi ilə getmək adama xoş gəlirdi.
Hava hələ qızmamışdı. Ağacların arasından keçdikçə Altayın üzünə yaşıl yarpaqlardan şeh çilənirdi. Onun ayaqları da şehdan islanmışdı.
Bir qədər getdikdən sonra ağaclar seyrəlməyə başladı. Qabaqda böyük bir tala göründü. Onlar tələsirdilər. Ona görə talanın içindən keçən kəsə yol ilə gedirdilər. Talanın lap ortasında tək ağac bitmişdi. Onlar ağaca çatanda Altay dayanıb, ətrafa göz gəzdirdi. Burada ot solmuş, tək ağacin yarpaqları da saralmışdı.
Altay babasının ətəyindən tutub dartdı.
- Baba, ay baba, bir bax, payız buraya nə tez gəlib, oraya isə hələ gedib çatmayıb.
Babası bir yaşıl meşəyə, bir də yarpaqları saralmış tək ağaca baxıb dedi:
- Meşənin ağacları bir-birinə həyan olur, bir-birini küləkdən, doludan qoruyur. Bu ağac isə küləyə, yağışa təkcə sinə gərib. Onun heç yerdən köməyi yoxdur. Ona görə də payız ona belə tez təsir edib.

Recordings

No Recordings yet

Comments